Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsinin qurbanı olan 5 nəfər dəfn edilib.
Oxu.Az xəbər verir ki, 2003-cü il təvəllüdlü Vasif Həsənli, 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli Bağbanlar kəndində, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli Zəhmətabad, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə isə Bəydili kəndində dəfn olunublar.
Qeyd edək ki, hadisə gecə saat 2 radələrində rayonun Zəhmətabad kəndi ərazisində baş verib.
Belə ki, qəza zamanı sürücü, rayon sakini, 2003-cü il təvəllüdlü Vasif Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili Cənub-Muğan su kanalına düşüb.
Fotoda Vasif Həsənli və Rusif Həsənli

Fotoda İldırım Həsənli

Fotoda Məhəmməd Məmmədli

Fotoda Əliqardaş Rəsulzadə


Əli Məmmədov