Cəlilabad rayonu, Hamarqışlaq kəndində fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin tərəfindən yanğın qısa müddətdə söndürülüb.
Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qaynar xətt:
(055) 224 12 12