Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gəncədə döl ölü doğuldu
Bu gün saat 06:00-da 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-a TƏBİB-dən bildirilib.
Qeyd edilir ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.
Gəncədə yeni doğulmuş körpə ölüb, anasının vəziyyəti ağırdır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə Şəhər Perinatal Mərkəzdə qeydə alınıb.
Yeni doğulmuş oğlan uşağının ölümü qeydə alınıb. Məlumata görə, ananın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.