Goranboy rayonunda müəllim sirkə turşusundan zəhərlənərək ölüb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
Belə ki, Ofelya Musayeva sirkə turşusundan zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanalardan birinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum Borsunlu kənd tam orta məktəbində rəsmxət fənnini tədris edirdi.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12