Göygöldə evdə kişi meyiti aşkarlanıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1969-cu il təvəllüdlü İlqar Bayramovun cansız bədənini yaxınları tapıblar.
İlkin ehtimala görə, 57 yaşlı kişinin səhhətində ciddi problem olub.
Faktla bağlı Göygöl Rayon Porkurorluğunda araşdırma başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12