Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Güclü külək Oğuzda bir sıra fəsadlar törədib
Güclü külək Oğuz rayonunda bir sıra fəsadlar törədib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, dünən axşam saatlarından etibarən Oğuz rayonunda güclü küləkli hava müşahidə olunur.
Belə ki, güclü külək nəticəsində irigövdəli ağaclar Oğuz-Bayan avtomobil yoluna aşıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Bundan başqa, külək nəticəsində elektrik naqilləri və internet xətləri qırılıb. Hazırda rayonun bir hissəsində elektrik enerjisinin və internetin verilişində fasilələr yaranıb.
Səhər saatlarından etibarən aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.

"Oğuz rayonu" teqi üzrə xəbərlər
- 3 gündür itkin düşən Camalın meyiti dağda tapıldı: Ağacdan asılı vəziyyətdə olub
- Oğuzda aptekdə satıcı qadını bıçaqla hədələyib quldurluq edən şəxs tutulub
- Oğuzda xüsusi qeyd edilən Novruz ənənələri
- Bakıda 31 yaşlı kişi dəm qazından boğularaq ölüb
- Oğuzda narkotik alverində şübhəli bilinən şəxslər tutulublar