Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəmkirdə partlayışda xəsarət alan şəxsin kimliyi məlum oldu
Şəmkirdə qazsızma nəticəsində baş verən partlayış nəticəsində xəsarət alanın kimliyi məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində ev sahibi 1985-ci il təvəllüdlü Şəhla Əmirova xəsarət alıb.
Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Xatırladaq ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun kəndlərinin birindəki yaşayış evində qeydə alınıb.
Nəticədə ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Dərhal əraziyə FHN-in Şəmkir Rayon Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunublar.
Ərazidə yanğın baş verməməsi üçün təhlükəsizlik tədbirləri görülüb.
"Partlayış hadisəsi" teqi üzrə xəbərlər
- Mahaçqalada yaşayış binasında güclü partlayış olub
- Mingəçevirdə evdə partlayış olub - Ölən var
- Gəncədə qaz balonunun partlaması nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANDI
- Gəncədə qaz balonu partlayıb, yaralanan var
- Londonda Hitrou hava limanı elektrik stansiyasında partlayışdan sonra bağlandı