Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları Ağsu rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Yolun açılması istiqamətində işlər görülür.
