Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.
Məhkum Ruslan Məmməd oğlu Əhmədovla görüşə gəlmiş həyat yoldaşının üzərinə baxış keçirilən zaman idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş bir ədəd "BM 222" markalı mobil telefon aparatı, bir ədəd danışıq kartı və bir ədəd elektrik qidalandırıcısı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
"Ədliyyə Nazirliyinin Penitensiar Xidməti" teqi üzrə xəbərlər
- Salyanda köhnə tikilinin içərisində gizlədilmiş narkotik aşkarlandı
- Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunub
- Həbsdə planşet işlədən eks-vəzifəli şəxsin cəzası AZALDILDI
- Azərbaycanda həbs edilən Gürcüstan vətəndaşı ölkəsinə təhvil verildi
- Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb