İyulun 15-i paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan Bakı şəhər sakini, 22 yaşlı Elgün Qarayevin axtarışları davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, hazırda 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin batdığı ehtimal edilən bütün mümkün istiqamətlərdə axtarışlar fasiləsiz olaraq həyata keçirilir.
Qaynar xətt:
(055) 224 12 12