Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kiyevdə azərbaycanlı ailənin yaşadığı bina dron hücumuna məruz qalıb
Ukraynanın paytaxtı Kiyevin mərkəzinin dron hücumuna məruz qalması nəticəsində Azərbaycanın Laçın rayonundan olan Rəşad Tağıyevin yaşadığı bina ciddi zərər çəkib.
Oxu.Az xəbər verir ki, "Report"un əməkdaşı həmyerlimizin dağılan evində və ofisində olub.
Diaspor fəalı Rəşad Tağıyev humanitar yardımların çatdırılması ilə məşğuldur. Yeni ildən əvvəl ailə həyatı quran soydaşımız səhər saatlarında evin dron zərbələrinə məruz qaldığını bildirib. Təsadüfən sağ qalsalar da, mənzilləri tamamilə dağılıb.
"Kiyevdə yaşadığım ev dronla bombalandı. Səhəri dron hücumları ilə açdıq. Birinci mərtəbədə yaşayıram. Daha doğrusu, yaşayırdım. Təsadüf nəticəsində xanımımla sağ qaldıq. Həyəcan siqnalı verilən kimi mənzilin dəhlizinə və vannaya sığındıq. Bitişik binada ofisimiz vardı. Humanitar fondumuzun ofisi də dağılıb. Xeyli yaralanan da oldu. Xanımımla möcüzə nəticəsində sağ qaldıq. Yaşadığımız bina bütövlükdə zərbədən çat verib, tamamilə yararsız haldadır", - azərbaycanlı gənc vurğulayıb.
"Kiyev" teqi üzrə xəbərlər
- Tramp Ukraynada faydalı qazıntıların hasilatı üzrə sazişi dirçəltmək niyyətindədir
- Putin: "Rusiya Ukrayna üzrə danışıqlar masasına qayıtmağa hazırdır"
- Zelenski ABŞ-siz çətin olacağını ETİRAF ETDİ
- Ukrayna üçün nüvə silahının taleyini Tramp həll edəcək
- Ukraynanın bütün şəhərlərində hava həyəcanı verildi - SALAM BAKU