Bu gün Masallının Qızılağac kəndində baş verən güclü yanğın zamanı həlak olan 59 yaşlı Camələddin Abdullayev və iki yaşlı nəvəsi Məhərrəm Məmmədzadənin fotosu yayılıb.
Oxu.Az həmin fotonu təqdim edir:

Bu gün Masallının Qızılağac kəndində baş vermiş faciəvi hadisənin təfərrüatı məlum olub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisənin baş verdiyi ev Seyid Mirhəsən Ağa (1868-ci ildə İsfahanda anadan olub və 1955-ci ildə Qızılağacda vəfat edib) ocağı kimi də tanınır.
Bildirilib ki, hadisə vaxtı Seyid Mirhəsən Ağanın nəvəsi 1967-ci il təvəllüdlü Camələddin Həsənağa oğlu Abdullayev evin yandığını görüb və iki yaşlı nəvəsi Məhərrəm Mehman oğlu Məmmədzadəni xilas etmək üçün yanan mənzilə daxil olub. Bu zaman alov daha da şiddətlənib və taxta konstruksiyaları tamamilə əhatəyə alıb. Nəticədə nəvə və onu xilas etmək üçün evə girən babası yanaraq həlak olublar.
Hadisə yerinə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər.
Masallı rayonunda fərdi yaşayış evi yanaraq kül olub.
Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Masallı rayonu, Qızılağac kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
"Yanğınsöndürənlərin tərəfindən bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb.
Yanğın nəticəsində bir-birinə bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 50 kv.m olan birmərtəbəli birotaqlı evin və ümumi sahəsi 75 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Camələddin Həsənağa oğlu Abdullayevin və 2024-ci il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadənin meyitləri aşkar edilib.
Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - deyə FHN-in xəbərində bildirilib.
Masallı rayonunda fərdi yaşayış evi yanaraq kül olub.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Təxminən 200 kvadratmetrlik evdə baş verən alovlanma qısa müddətdə genişlənib və nəticədə 1967-ci il təvəllüdlü Camələddin Həsənağa oğlu Abdullayev (baba) və onun iki yaşlı nəvəsi Məhərrəm Mehman oğlu Məmmədzadə faciəli şəkildə ölüblər.
Yanğın yerinin kəşfiyyatı zamanı hər iki şəxsin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Aytac Qasımova