Bakıda davada iki nəfər bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində baş verib.
Qəsəbə sakini, 29 yaşlı Məhəmməd İbrahimov qəsəbədə 1993-cü il təvəllüdlü İlkin Cabbarzadə və 1983-cü il təvəllüdlü Nurahim Astanovla mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə M.İbrahimov hər iki şəxsi bıçaqlayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində əməli törətməkdə şübhəli bilinən 29 yaşlı M.İbrahimov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli