Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıblar
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində 26 dekabr tarixində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İmişli rayon sakini 1988-ci il təvəllüdlü Miraslan Mustafa oğlu Cəfərov və 1995-ci il təvəllüdlü Lənkəran rayon sakini Ruslan Əvəz oğlu Əlizadə şübhəli şəxs qismində saxlanılıb, ümumi çəkisi 8 kiloqram 886 qram narkotik vasitə (8 kiloqram 450 qram marixuana, 436 qram heroin) və 14 ədəd narkotik tərkibli metadon M - 40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Baş Prokurorluq təyyarə qəzası ilə bağlı məlumat yaydı - Xəbərlərin 20:00 buraxılışı
- Azər Zahidin şikayəti rədd edildi
- İrandan Azərbaycana 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alındı
- Azərbaycanda tanınmış aktyor narkotiklə tutuldu - Cinayətkar qrupun üzvü imiş
- İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan şəxslər ƏLƏ KEÇDİLƏR
Rəylər