Neftçala rayonunda 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Oryad kəndində baş verib. Kənd sakini 1964-cü il təvəllüdlü Gülməmməd Məmmədov yaşadığı evin zirzəmisində ayağı dəmir tora ilişərək yıxılıb. Hadisə nəticəsində baş nahiyəsindən xəsarət alan G.Məmmədov orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12