Bakının Qaradağ rayonunda hasardan yıxılan 45 yaşlı kişi ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 22-də saat 15 radələrində Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini 1981-cı il təvəllüdlü Səyyad Əli oğlu Rzayev hasarın üzərində iş görərkən oradan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12