Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qonşu qadının başına kərki ilə vurub xəstəxanalıq etdi
Sumqayıtda qadına ağır xəsarətlər yetirən şəxsə cinayət işi açılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə yanvarın 5-i saat 21 radələrində Sumqayıt şəhəri, Xəzər bağları, Dalğa küçəsində baş verib.
Belə ki, həmin küçədə yaşayan Mikayıl Nurəddin oğlu Şərifov qonşuluqda yaşayan Mehparə İmanqulu qızı Ələkbərova ilə mübahisə edib.
Nəticədə M.Şərifov əlində olan dəmir alətlə (kərki) M.Ələkbərovanın baş nahiyəsindən bir neçə zərbə vuraraq ona qapalı kəllə-beyin travması və digər ağır dərəcəli bədən xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
M.Şərifov saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Rəylər