Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Repçi sevgilisindən ayrılan Vanda Nara Mauro İkardi ilə yenidən barışdı
"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə yaşananlarla gündəmdə qalan məşhur model və aparıcı Vanda Nara "Instagram" hesabında sürpriz paylaşım edib.
Oxu.Az xəbər verir ki, İkardini yenidən izləməyə başlayan Vanda Nara bu dəfə L-Qante ilə ayrılıb.
O bu barədə şəxsi "Instagram" sosial şəbəkə hesabından paylaşım edib:
"Bu gün diqqətimizi işimizə və ailəmizə yönəltmək üçün yollarımızı ayırırıq. Mənim mürəkkəb və ağrılı hüquqi vəziyyətim bu qərarı verməyə vadar etdi. Uşaqlarımın hazırda mənə ehtiyacı var və mən bütün vaxtımı onlara həsr edirəm".
İkardi ilə ayrılandan sonra özündən 13 yaş kiçik reper L-Qante ilə eşq münasibətinə başlayan Vanda Nara münasibətlərinə son qoyub.
L-Qante isə Vanda Naranın paylaşımına cavab olaraq: "Mən olmasam, bu roman bitərdi", - deyə cavab verib.
"Mauro İkardi" teqi üzrə xəbərlər
- Mauro İkardidən boşanan Vanda Nara borc içində üzür
- Vanda Naranın sevgilisi İkardi ilə mesajlaşmasını paylaşdı: Ulduz futbolçudan SƏRT REAKSİYA
- Vanda Nara Türkiyədə "ilin qadını" seçildi
- Mauro İkardi yenə öz ampluasında - "Fənərbağça"nı hədəf aldı
- Mauro İkardiyə SİYAHI göndərildi: Naranın boşanma şərtləri ortaya çıxdı