Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralananların adları məlum olub.
Oxu.Az-ın məlumatına görə, oktyabrın 7-i saat 14 radələrində Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində VAZ-2106 markalı avtomobilin sərnişini Saleh Cəlil oğlu Ağasiyev hadisə yerində ölüb, sürücüsü E.Lətifov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan VAZ-2106 və "Toyota Prado" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.