Şəkidə çaqqal qadına hücum edərək ona xəsarət yetirib.
Oxu.Az xəbər verir ki, hadisə Şəki rayonunun İnçə kəndində baş verib.
Kənd ərazisində yerləşən evin həyətinə daxil olan çaqqal ev sahibi, 51 yaşlı Könül Abdurəhmanovanın sol bud nahiyəsindən dişləyib.
Qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluğa qarşı peyvənd vurulub.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12