Şirvan şəhərində yaşayış binası yanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Gülbala Şıxbalaoğlu küçəsində baş verib.
Həmin küçədə 9 ailənin məskunlaşdığı ikimərtəbəli yaşayış binasında qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikaları cəlb edilib. Vətəndaşlar təxliyə ediliblər. Yanğın söndürülsə də, binadakı mənzillərə xeyli ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən mənzildə baş vermiş yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə zamanı yeddi sakin təxliyə edilib, xəsarət alan olmayıb.
Samir Əli