Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan bir yaşlı uşaq xəstəxanada vəfat edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 2025-ci il təvəllüdlü körpə bir gün əvvəl taxtdan yıxılaraq ağır kəllə-beyin travması alıb.
Azyaşlı kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə köçürülən körpənin həyatını xilas etmək mümkün olmayıb.
Qaynar xətt:
(055) 224 12 12