"Qeyri-sabit hava şəraitinə görə dəmir yolunun Siyəzən ərazisindən keçən hissədə ziyan olmayıb, su gəlib keçib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yollarının Mətbuat Xidmətindən bildirilib.
"Xaçmaz sahəsində dəmiryol infrastrukturunda yaranmış fəsadların aradan qaldırılması istiqamətində isə iş davam edir", - məlumatda qeyd olunur.
Ölkə ərazisində müşahidə olunan güclü yağışlar bir çox strukturlara ziyan vurub.
Oxu.Az xəbər verir ki, güclü sel nəticəsində Siyəzən rayonu ərazisindən keçən dəmiryol xəttinin olduğu ərazi yuyulub və təhlükəli vəziyyət yaranıb.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Əzizə İsmayılova