"Qardaşımı sonuncu dəfə 1992-ci ilin sentyabr ya oktyabr ayında görmüşdüm. Gorana əsgərliyə yola düşəndə".
Oxu.Az xəbər verir ki, bunu şəhid Mübariz Sabəddin oğlu Hüseynovun qardaşı Kamandar Hüseynov deyib.
O bildirib ki, qardaşı 1992-93-cü illərdə itkin düşüb:
"O vaxt Xətai Rayonu Hərbi Komissarlığı tərəfindən əsgər aparılmışdı. Beyləqan-Cəbrayıl istiqamətində döyüşüb. Ən son görüblər ki, onlar çayı keçərkən ermənilər vurublar. Sonra onu İmişlidə naməlum əsgər kimi qəbiristanlıqda dəfn ediblər".
"Biz 32 il onu axtardıq. Ali Baş Komandan sağ olsun ki, ailəmizin gözünü yoldan çəkdi. Sağ olsun dövlətimiz ki, hər şeyi yüksək səviyyədə təşkil etdi, qardaşımı dəfn etdik", - deyə K.Hüseynov bildirib.
Əzizə İsmayılova