Bakı şəhəri, Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə hadisənin şahidləri Oxu.Az-a məlumat veriblər.
Şahidlərin sözlərinə görə, qəza Zığ qəsəbəsində olub.
Belə ki, BYD markalı nəqliyyat vasitəsini idarə edən sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil yolun kənarında dayanan "Opel"ə çırpılıb. Sonra BYD səkidə hərəkətdə olan yaşlı qadını vurub. Nəticədə qadın hadisə yerində ölüb.
Sürət həddini endirə bilməyən BYD-nin sürücüsü yol kənarında dayanmış digər avtomobilə - "Toyota Prius"a çırpılıb.
Hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Sakinlərin sözlərinə görə, sürücülər nəqliyyat vasitələrini yüksək sürət ilə idarə etdiklərinə görə qeyd olunan ərazidə dəfələrlə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerindən görüntüləri təqdim edirik: