Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sumqayıtda ağır AVTOBUS QƏZASI: Yeddi nəfər xəsarət alıb
Mayın 19-da saat 08:30-da Sumqayıt şəhəri Bakı küçəsində sərnişin avtobusu ilə "Toyota Avensis" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı artıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində avtobusun yeddi sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb. Onlara zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində təhqiqat araşdırması aparılır, müvafiq ekspertizalar təyin edilib.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 19 may saat 9:30-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına dörd nəfər (qadın cinsli) hospitalizasiya olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib:
"Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Aləmdə Nəsib
Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı küçəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Cavid Abbasəli oğlu Murtuzovun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirhadi Mirismayıl oğlu Mirişovun idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində avtobusun sərnişinləri - Sumqayıt şəhər sakinləri, 2007-ci il təvəllüdlü Şəbnəm Akif qızı Şahbuzova, 1967-ci il təvəllüdlü İlahə Mürvət qızı Şahbalayeva, 1994-cü il təvəllüdlü Lamiə Gülasət qızı Şəmiyeva və 2007-ci il təvəllüdlü Nuray Sərxan qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.
"Avtobus qəzası" teqi üzrə xəbərlər
- Nigeriyada avtobus aşdı: 20-dən çox idmançı həlak oldu
- Dönərxanada işləyən gənc icarəyə götürdüyü avtomobillə qəzaya düşdü, həyatını itirdi
- İstanbulda metrobuslar toqquşdu: Ölən və yaralananlar var
- Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus VURDU
- Qəzada 10-cu sinif şagirdi həlak oldu: Avtobus sürücüsü atasının da ölümünə səbəb olubmuş