Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Elgünün qətli ilə bağlı Baş Prokurorluqdan ÇAĞIRIŞ: "Kiminsə əsaslı versiyası varsa, təqdim etsin"
Mayın 13-də axşam saatlarında 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətlindəki sirr müxtəlif versiyaların gündəmi zəbt etməsinə səbəb olub.
Oxu.Az xəbər verir ki, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev İTV-nin efirində Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirildiyini bildirib.
O qeyd edib ki, mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib:
"Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilib".
S.Musayev qeyd edib ki, hadisə yerinə yaxın ərazilərdə quraşdırılmış müşahidə kameralarından müəyyən görüntülər də götürülüb və həmin görüntülərə artıq baxış da keçirilib.
Baş Prokurorluq rəsmisi cəmiyyətə çağırış edib:
"Kiminsə əsaslı versiyası varsa, çəkinmədən prokurorluğa müraciət edib, həmin versiyanı və onun əsaslandığı sənədləri, dəlilləri təqdim edə bilər".
O əlavə edib ki, dəqiqləşdirilməmiş məlumatların yayılması ciddi narahatlıq doğurur.

"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Gəncədə törədilən qətlin təfərrüatı məlum oldu
- Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü, polisə təslim oldu
- Bakıda mübahisə ölümə səbəb oldu - Fotoqraf qonşusu tərəfindən qətlə yetirildi
- İki dost birləşib qətl törətdi, biri cəzadan azad edildi
- Göyçayda parkda qıza görə qətl törədən yeniyetməyə hökm oxundu