İrəvan meriyasının iki məmuru korrupsiya ittihamı ilə həbs edilib.
Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, məlumatı Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də təsdiqləyib.
Komitədən bildirilib ki, hazırda paytaxtda yerləşən meriyanın binasında əməliyyat-istintaq tədbirləri davam etdirilir, təfərrüat istintaqın maraqları baxımından açıqlanmır.