Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dris Mertens: "Karyeramı bitirmək istəsəm də, "Qalatasaray"dan ayrılmaq istəmirəm"
"Qalatasaray" klubunun belçikalı ulduzu Dris Mertens mövsüm başa çatdıqdan sonra hansı qərarı qəbul edəcəyini bilmədiyini deyib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, futbolçu karyerasını bitirmək istədiyini, lakin "Qalatasaray"dan ayrılmaq istəmədiyini bildirib.
"Hazırda nə edəcəyimi bilmirəm. Karyeramı bitirmək istədiyimi dəfələrlə dilə gətirmişəm, amma, "Qalatasaray" elə bir klubdur ki, buradan ayrılmaq çətindir. Futbolçu karyeram bitdikdən sonra etmək istədiyim çox şey var. Artıq ailəmlə daha çox zaman keçirmək və oğlumla həyatın dadını çıxarmaq barədə düşünürəm", - deyə D.Mertens bildirib.
Qeyd edək ki, Dris Mertens "Qalatasaray" forması ilə meydana çıxdığı üç mövsümdə ümumilikdə 134 oyunda komandasına kömək edib, 24 qol və 44 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Fernando Muslera yeni komandası ilə rəsmi müqavilə imzaladı
- Fatih Terim Səudiyyə Ərəbistanı klubu ilə yolları ayırmaq qərarına gəlib
- "Qalatasaray"ın gizli planı – Diqqətlər "Nyukasl Yunayted"ə yönəlib
- Mark-Andre ter Ştegen "Qalatasaray"ın təklifini RƏDD ETDİ
- Hakan Çalhanoğlu "Qalatasaray" rəsmiləri ilə görüşmək üçün İstanbula gedəcək