Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ-də ən məşhur universitetlərdən biri milyonlarla dollar qrantdan məhrum edildi
ABŞ Səhiyyə Nazirliyi Harvard Universitetini antisemitizm və irqi ayrı-seçkiliyin (irqi diskriminasiya) öhdəsindən gələ bilmədiyi üçün ümumi məbləği təxminən 60 milyon dollar olan çoxillik bir sıra qrantdan məhrum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun "X" hesabında məlumat verilib.
"Səhiyyə və Sosial Xidmətlər Nazirliyi onların bütün fəaliyyətləri müddətincə ümumi dəyəri təxminən 60 milyon dollar olan çoxillik bir neçə qrantı dayandırır", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, mayın 13-də ABŞ Prezidenti Donald Trampın Administrasiyası Harvard Universitetinə təqribən 450 milyon dollarlıq qrant ayırmağı dayandırmaq qərarına gəldiyi açıqlamışdı.
Harvard Universitetinin prezidenti Alan Qarber ABŞ prezident administrasiyasını qanunsuzluqda ittiham etmişdi.
"Harvard Universiteti" teqi üzrə xəbərlər
- Məşhur gözəllik proseduru korluğa səbəb ola bilər: ABŞ-li həkimdən xəbərdarlıq
- Məhkəmə Donald Trampın Harvard Universiteti ilə bağlı qadağasını BLOKLADI
- Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib
- ABŞ Harvard Universiteti ilə əlaqəli olan əcnəbilərin vizalarını yoxlamağa başlayıb
- Harvard Universitetinin qadağa qoyduğu əcnəbi tələbələri hansı ölkə qəbul edəcək?