Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağdam rayonunun Kəngərli kəndinə köçən 50 ailəyə mənzillərinin açarları təqdim edildi
Ağdam rayonunun Kəngərli kəndinə yola salınan köç çatıb, mənzillərin açarları təqdim edilib.
Oxu.Az bu barədə "Report"a istinadən xəbər verir.

Ağdam rayonunun Kəngərli kəndinə yola salınan köç çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla Kəngərli kəndinə Bakıdan 15 ailə (65 nəfər), Ağdam rayonundan 12 ailə (47 nəfər), Bərdə rayonundan 12 ailə (45 nəfər), Yevlax şəhərindən 8 ailə (35 nəfər), Göyçay rayonundan 2 ailə (9 nəfər), Zərdab rayonundan 1 ailə (6 nəfər) olmaqla ümumilikdə 50 ailə (207 nəfər) köçürülüb.
Bakıdan Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Kəngərliyə 50 ailə - 207 nəfər köçürülür.
Daha çox foto burada: PhotoStock.az
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu mərhələdə keçmiş məcburi köçkünlər Ağdam rayonunun Kəngərli kəndinə köçürülürlər.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Məhərrəm Əliyev
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim edilib
- Keçmiş məcburi köçkün: "Ağdamın Kəngərli kəndindən ən son çıxan mən olmuşam"
- Azərbaycan əhalisinin sayı açıqlanıb
- Ağdərədə tullantı poliqonu yaradılacaq
- "Böyük Qayıdış"la sağlam gələcək: Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyaları Xankəndi və Xocalıda