Oğuz rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə qeyri-etik ifadələr işlədən 27 yaşlı M.Cəfərov saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, o, "TikTok" hesabında canlı yayım açaraq əxlaq normaları ilə bir araya sığmayan hərəkətlərə yol verib.
Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Aqil Vəlili