Abşeron rayonunda fəhlə ölüb.
Oxu.Az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
Belə ki, şəhər ərazisində fəaliyyət göstərən MMC-lərdən birində fəhlə işləyən Asif Məmmədov yükqaldırıcı mexanizmin altında qalaraq ölüb.
Qeyd edilib ki, A.Məmmədovun ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.