Xırdalan şəhərində partlayış baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə sentyabrın 14-də qeydə alınıb. Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın əlində qumbara partlayıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO
Qaynar xətt:
(055) 224 12 12