Bu gün saat 08:45-də "BakuBus" MMC-nin balansındakı 2 nömrəli marşrut xətti üzrə hərəkətdə olan 77-JS-491 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Füzuli küçəsindən Şıxəli Qurbanov küçəsinə dönən zaman idarəetməni itirib, qarşı hərəkət zolağına çıxıb və nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib.

O qeyd edib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib:
"Araşdırma aparılır, əlavə məlumat veriləcək".
Məhərrəm Əliyev
Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub.
Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu Şıxəli Qurbanov küçəsində qeydə alınıb.
Belə ki, "Toyota Prado" markalı avtomobil ilə "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu toqquşub.
Hadisə zamanı nəqliyyat vasitələrinə ziyan dəyib. Sərnişinlər avtobusdan düşürülüblər.