24 
Okt
2019
16:52
134
61
2171
Virtual karabakh

Azərbaycanda 5G texnologiyalarının tətbiqinə başlanılacaq

Tezliklə Azərbaycanda 5G texnologiyalarının tətbiqinə başlanılacaq.

Bu gün paytaxt Bakıda “İnnovasiya həftəsi” çərçivəsində dünya telekommunikasiya sahəsinin aparıcı brendlərindən olan “Huawei” şirkətinin təşkilatçılığı ilə “Euroasia İnnovation Day” start götürüb.

Keçirilən əhəmiyyətli tədbirdə “Huawei” şirkətinin rəsmi nümayəndələri, siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri, dünyanın tanınmış analitik mərkəzlərin əməkdaşları, ekspertlər, İKT-in sənayesindən olan partnyorlar və 200-dən çox qonaq iştirak edib. 

Bu gün dünyanın 500 ən böyük telekommunikasiya sahəsi üzrə fəaliyyət göstərən şirkətlər arasında 61-ci yerdə qərarlaşan “Huawei” şirkəti yeni texnoloji avadanlıqlarını ictimaiyyətə təqdim edib. Tədbirə qatılan qonaqlar ilkin mərhələdə sərgilənən yeni texnologiyalarla tanış olublar. Tədbir çərçivəsində Avrasiya regionunda rəqəmli iqtisadiyyatın inkişafı yolları, yeni innovasiya texnologiyalarının tətbiqi, həmçinin 5G texnologiyasının Azərbaycanda tətbiq edilməsi ilə bağlı müzakirələr aparılıb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Huawei Technologies Azerbaijan LLC.”-nin direktoru Canlin Lu bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə start götürən sayca üçüncü Huawei Avrasiya İnnovasiya Günündə məlumat verib.

O bildirib ki, hazırda dünyada 5G texnologiyaların tətbiqi aktiv müzakirə edilir:

“Biz bilirik ki, “Huawei”  5G Kommunikasiya həllərinin və aparaturasının lider təchizatçısıdır. 5G texnokogiyasının Azərbaycanda tətbiqi məsələsi gündəmdədir. Mən inanıram ki, bu yaxınlarda Azərbaycanda da 5G erası başlayacaq. “Huawei” şirkəti tərəfindən Azərbaycan vətəndaşları və korporativ müştərilər üçün 5G texnokogiyalarının tətbiqi üçün şərait yaradılacaq”.

Azərbaycanda həyata keçirilən digər layihələr barədə məlumat verən Callin Lu “Huawei” şirkəti tərəfindən İKT sahəsi üzrə həyata keçirilən layihələr arasında gənclərə özəl xüsusi proqram layihələrinin oçduğunu da bildirib.

Onlardan biri “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram layihəsidir. O qeyd edib ki, bu  Azərbaycanlı gənclər üçün kifayət qədər böyük perspektivlər vəd edir.

“Belə ki, gənclər arasında əlaçı tələbələr layihə çərçivəsində Çində təcrübə proqramı keçə və texnologiya sahəsində qabaqcıl İKT nailiyyətləri ilə daha yaxından tanış olmaq şansı əldə edə bilərlər. Bu gün də “Huawei” şirkətində hər il olduğu kimi əlaçı-tələbələr təcrübə keçir”

Hal-hazırda Bakıda keçirilən “İnnovasiya həftəsi”nin əsas tərəfdaşlarından biri olan, eləcə də dünya telekommunikasiya sahəsinin aparıcı brendlərindən biri olan “Huawei Technologies Azerbaijan LLC.”-nin direktoru Canlin Lu İKT üzrə yenilikləri insan sivilizasiyanın zinəti kimi qiymətləndirib:

“Biz “Azərbaycanda fəlsəfəmizə uyğun olaraq müştərilər üçün yeni dəyərlər yaratmağa, sözügedən sahəyə yatırımlar etməyə və onun nəticəsini yerli auditoriya ilə bölüşməyə davam edəcəyik. Bu gün şirkətimiz simsiz və genişzolaqlı optik ötürmə şəbəkələri üçün kompleks həllər, həmçinin Azərbaycanın “Azercell Telecom”, “Azerconnect”, “Aztelecom”, “Baktelecom” kimi 5 milyondan artıq istifadəçini əhatə edən böyük şəbəkə operatorlarına IP xidməti təklif edir. Bununla yanaşı “Huawei” şirkəti İnformasiya Kommunikasiya Texnologiyaları sahəsi və rəsmi qurumları innovativ həllər ilə təmin edir. Gələcəkdə daha yeni layihələrin gerçəkləşdirilməsi və Azərbaycana olan investisiyaları daha da artması gözlənilir”.

İKT sahəsində görülən işlər hər iki tərəf üçün faydalı olacaq və Azərbaycanda İKT-nin sürətli inkişafna gətirib çıxaracaq.

“Bu inkişaf individual potensialın ortaya çıxmasına, biznesin inkişafına töhfə verə, habelə insan həyatını nəinki daha təhlükəsiz, hətta daha sağlam və zəngin edə bilər. Bu innovasiyalar iqtisadiyyat, tərəqqi və ətraf mühit kimi vacib qlobal problemlərin öhdəsindən gəlmək üçün mqhüm vasitədir”-deyə C.Lu əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri