2020-ci ildə keçiriləcək UEFA Superkubokuna ev sahibliyi etmək istəyən ölkələrin siyahısı açıqlanıb.
Oxu.Az xəbər verir ki, siyahıda doqquz namizəd yer alıb. Bunlar Albaniya (“Milli Arena”, Tirana), Belarus (“Dinamo”, Minsk), İsrail (“Sammi Ofer”, Hayfa), Qazaxıstan (Mərkəzi stadion, Almatı), Moldova (“Zimbru”, Kişinyov), Portuqaliya (“Draqau”, Portu), Şimali İrlandiya (“Vindzor Park”, Belfast), Finlandiya (Olimpiya stadionu, Helsinki) və Fransadır (“Qrand Stad”, Nitsa).
Qeyd edək ki, Superkuboka ev sahibliyi etmək istəyən assosiasiyalar yekun ərizələrini martın 29-dək verməlidirlər. Qalibin adı mayda açıqlanacaq.
S.T.
www.oxu.az