AFFA Hakimlər Komitəsinin iclası keçirilib.
Oxu.Az quruma istinadla xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
Tədbirin gündəliyinə aşağıdakı əsas məsələlər daxil edilib:
- Hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi;
- AFFA, UEFA və IFAB-nin yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin diqqətə çatdırılması;
- Yeni mövsüm üzrə əsas hədəflərin, gözləntilərin və idarəçilikdə keyfiyyət standartlarının müəyyənləşdirilməsi.
Müzakirələrin yekununda 2026/2027-ci illər mövsümü üçün hakim və hakim-inspektor siyahıları rəsmi olaraq təsdiqlənib.
Elit kateqoriyalı hakimlər:
1. Əliyar Ağayev (FIFA);
2. Elçin Məsiyev (FIFA);
3. Kamal Umudlu (FIFA);
4. İnqilab Məmmədov;
5. Rəvan Həmzəzadə;
6. Fərid Hacıyev;
7. Tural Qurbanov (FIFA);
8. Rəşad Əhmədov;
9. Cavid Cəlilov;
10. Nicat İsmayıllı;
11. Rauf Cabarov;
12. Əli Əliyev;
13. Elvin Bayramov;
14. Kamranbəy Rəhimov;
15. Vüqar Həsənli (yeni).
Elit kateqoriyalı köməkçi hakimlər:
1. Zeynal Zeynalov (FIFA);
2. Akif Əmirəli (FIFA);
3. Elşad Abdullayev (FIFA);
4. Pərvin Talıbov (FIFA);
5. Namik Hüseynov (FIFA);
6. Vüsal Məmmədov (FIFA);
7. Kamran Bayramov;
8. Müslüm Əliyev;
9. Rahil Ramazanov;
10. Rəhman İmami;
11. Cəmil Quliyev (FIFA);
12. Eyyub İbrahimov;
13. Şirmamed Mamedov;
14. Zöhrab Abbasov;
15. Teymur Teymurov;
16. Asiman Əzizli (FIFA);
17. Kərim Zeynalov;
18. Tərlan Talıbzadə;
19. Gülnurə Əkbərzadə (FIFA).