Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ minifutbol millisinin üzvü: "Milli Gimnastika Arenasına heyran qaldıq"
Minifutbol üzrə ABŞ yığmasının üzvü Stefan Miyatoviç Milli Gimnastika Arenasında yaradılan şəraitə heyran qaldıqlarını söyləyib.
Oxu.Az xəbər verir ki, müdafiəçi bunu "Report"a açıqlamasında bildirib.
"Milli Gimnastika Arenası çox möhtəşəmdir. Həqiqətən futbol oynamaq üçün əla imkan yaradılıb. ABŞ-dən 2 gün əvvəl gəlmişik. Şəhəri gəzmək üçün elə də vaxtımız olmayıb. Lakin gördüklərimiz bizi sözün yaxşı mənasında təəccübləndirir. Ölkənizin mədəniyyəti mənim çox xoşuma gəlir", - futbolçu vurğulayıb.
O həmçinin Bakıda keçirilən dünya çempionatında Bosniya və Herseqovina millisinə məğlub olduqları oyunu şərh edib:
"Az əvvəl də bildirdiyim kimi 2 gün əvvəl ABŞ-dən gəlmişik. Bu olduqca uzun yoldur və yorğunluq hiss edirdik. Üstəlik, məşq etmək imkanımız da olmayıb. Məğlubiyyətə görə kefimizi pozmağı düşünmürük. İnanırıq ki, biz qələbələrlə geri dönəcəyik".
Qeyd edək ki, ABŞ millisi F qrupundakı ilk matçında Bosniya və Herseqovinaya 2:4 hesabı ilə uduzub.
"Minifutbol üzrə dünya çempionatı 2025" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində