Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
AFFA Azərbaycan Premyer Liqasında çıxış edən beş klubu cəzalandırıb
AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XV tur çərçivəsində keçirilən görüşlərdən sonra beş komandanı qaydalara riayət etmədiyi üçün cəzalandırıb.
Oxu.Az xəbər verir ki, "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununun 83-cü dəqiqəsində "Turan Tovuz" komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Tovuz təmsilçisinə xəbərdarlıq edilib.
Bundan başqa "Şamaxı" - "Kəpəz" oyununda "Kəpəz" klubunun dörd futbolçusu sarı vərəqə aldığına görə Gəncə şəhər təmsilçisi 700 manat dəyərində cərimə olunub.
"Zirə" - "Sumqayıt" oyununda "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə "gənclər şəhəri"nin təmsilçisi 700 manat cərimələnib.
"Neftçi" - "Qarabağ" oyununda meydan sahibləri bir sıra qaydaları pozduqlarına görə ümumilikdə 2800 manat dəyərində cəzalandırılıblar.
"Neftçi" - "Qarabağ" oyununda qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "köhlən atlar" 1500 manat cərimə olunublar.
"AFFA İntizam Komitəsi" teqi üzrə xəbərlər
- Azərbaycan klubunun baş məşqçisi hakimə hədə-qorxu gəldiyi üçün beş oyunluq cəzalandırıldı
- Azərbaycan klubunun futbolçusu diskvalifikasiya olunub
- "Qarabağ" klubunun məşqçisi Rauf Əliyev təhqir və təhdidə görə cəzalandırılıb
- "Kəpəz" klubunun baş məşqçisi cəzalandırılıb
- Azarkeşlər "Qarabağ" və "Turan Tovuz"u ziyana salıblar
Rəylər