AFFA-nın Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin qərarlarından narazı qalmış tərəflərin şikayətinə baxıb.
Oxu.Az xəbər verir ki, U-13 Liqasında mübarizə aparan “Laçın” komandansının məşqçisi Məhəbbət Rəhimov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
Belə ki, 16 oktyabrda U-13 Liqasının III turu çərçivəsində 13 oktyabr tarixində keçirmiş “UGİM 1” (Sumqayıt) – “Laçın” (Pirəşükül) oyunu başa çatdıqdan sonra qonaq komandanın məşqçisi Məhəbbət Rəhimov aqressiv davranışlar, hakimə qarşı fiziki təsir göstərdiyinə 12 ay müddətinə yarışlardan kənarlaşdırılmışdı.
Məhəbbət Rəhimov dava-dalaşda iştirak etdiyi üçün qərar elan olunana qədər buraxdığı oyunlar nəzərə alınmaqla, cəzası bir ildən on oyunluq diskvalifikasiyaya endirilib.
MOİK klubu tərəfindən verilmiş apellyasiya şikayəti isə rədd edilib. AFFA İntizam Komitəsinin 13 noyabr tarixli I divizionunun X turu çərçivəsində keçirilmiş “Keşlə-2 - MOİK oyununda “hərbçilər”in baş məşqçisi Azər Bağırovun texniki zona qaydalarını pozmasına görə bir oyunluq cəzalandırılması və klubun 80 manat cərimələnməsi haqda qərarı qüvvədə saxlanılıb.
Səbuhi MUSAYEV
www.oxu.az