Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AFFA cəzaları açıqladı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, toplantıda I Divizionun XXIV turunda yaşanan neqativ hallara hüquqi qiymət verilib.
“Qəbələ-2” - MOİK oyununda MOİK qonaq komandanın futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.
Sözügedən matça Təcili Tibbi Yardım maşını təyin edilən vaxtdan gec gəldiyinə görə “Qəbələ-2” komandası 40 manat cərimə olunub.
“Turan Tovuz-2” - “Mingəçevir” oyununda meydan sahibi komandanın futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, komanda 20 manat cərimələnib.
“Şamaxı-2” - “Zaqatala” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Şamaxı-2” - “Zaqatala” oyununda qonaq komandanın futbolçusu İbrahim Qədirzadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
“Kəpəz-2” - “Neftçi-2” oyununda gəncəlilərin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
“Kəpəz-2” - “Neftçi-2” oyununda meydançaya kənar əşya atıldığına görə meydan sahibi 160 manat cərimə edilib.
“İmişli” - “Qarabağ-2” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimələnib.
“İmişli” - “Qarabağ-2” oyununda Ağdam klubunun futbolçusu Elmir Abbasov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, komanda 160 manat cərimə edilib.
“İmişli” - “Qarabağ-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi 160 manat cərimə edilib.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Premyer Liqa: "Sumqayıt" "Turan Tovuz"u məğlub etdi
- Elçin Məmmədov AFFA İntizam Komitəsindən ayrıldı
- AFFA Premyer Liqaya yüksəlməyə namizəd komandalara bir il vaxt verdi
- Ayxan Abbasov: "Azərbaycanlı olaraq ölkənin ikinci komandasında çalışmaq şərəfdir"
- AFFA heyətində yetərsay olmadığına görə komandaya texniki məğlubiyyət verdi