Futzal millimiz üçün daha bir braziliyalı milliləşdirilib.
Oxu.Az-ın xəbərinə görə, həmin oyunçu “Araz-Naxçıvan” klubunda çıxış edən Manekadır.
O, hazırda millimizlə birgə Bakı İdman Sarayında məşq keçir.
Qeyd edək ki, millimiz yanvarın 16-da Belçikaya yola düşəcək. Komandamız orada Belçika millisi ilə yoxlama oyunu keçirdikdən sonra Avropa çempionatının final mərhələsinin keçiriləcəyi Niderlanda gedəcək. Millimiz D qrupunda yanvarın 22-də Gürcüstan, 26-da İspaniya və 29-da Bosniya və Herseqovina milliləri ilə qarşılaşacaq. İlk iki matç Xroninen, sonuncu qrup oyunu Niderlandın paytaxtı Amsterdamda baş tutacaq.
Səbuhi Musayev