Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

AFFA İntizam Komitəsi bir neçə klubu cərimələyib
AFFA İntizam Komitəsi II Liqada çıxış edən bir neçə klubu cərimələyib.
Oxu.Az xəbər verir ki, buna çempionatın XVIII turunda yaşananlar səbəb olub.
"Ağdaş" komandası "Sheki City" ilə görüşdə beş oyunçusu sarı vərəqə aldığı üçün 70 manat, 90+3-cü dəqiqədə Ülvi Sarıyevin ikinci sarı vərəqəni alaraq (bir matçlıq cəza) meydandan qovulduğuna görə 50 manat, azarkeşlər tərəfindən meydana kənar əşyalar atıldığı üçün 80 manat ziyana düşüb.
"Şəmkir"in dörd futbolçusu "Şəfa" ilə qarşılaşmada sarı vərəqə görüb, kluba 70 manat cərimə tətbiq edilib. Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğundan "Şəfa" 80 manat da ödəməli olacaq.
"Kür-Araz" "Füzuli" ilə matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat, komandanın altı oyunçusu sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.
"Füzuli" isə dörd oyunçusunun sarı vərəqə görməsi ucbatından 70, adı matçın protokolunda olmayan Vasif İsmayılov texniki zonada olmasına görə 80 manat ödəyəcək.
"AFFA İntizam Komitəsi" teqi üzrə xəbərlər
- Bir dəqiqədə beş qırmızı vərəqə göstərilən oyun barədə AFFA QƏRAR VERDİ
- AFFA futbolçuların lisenziyalarını saxtalaşdıran klublara ağır cəza verdi
- AFFA hakimi təhqir edən futbolçunu dörd oyunluq cəzalandırdı
- Elçin Məmmədov AFFA İntizam Komitəsindən ayrıldı
- AFFA heyətində yetərsay olmadığına görə komandaya texniki məğlubiyyət verdi