Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

AFFA İntizam Komitəsi üç klubu cəzalandırıb
Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində "Zirə" ilə keçirilən görüşdən sonra "Kəpəz" klubu 1000 manat dəyərində cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, "Kəpəz" - "Zirə" oyununda Gəncə şəhərini təmsil edən klubun azarkeşləri hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Kəpəz" klubu 1000 manat cərimə edilib.
"Qarabağ" - "Turan Tovuz" oyunundan sonra akkreditasiyası olmayan şəxslər "Zona 1"ə daxil olduqlarına görə "köhlən atlar" 500 manat cərimə ediliblər.
Qeyd edək ki, "Qəbələ" - "Araz-Naxçıvan" oyununda isə Naxçıvan təmsilçisinin beş futbolçusu sarı vərəqə aldığına görə "Araz-Naxçıvan" klubu 700 manat cərimə edilib.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- "Şamaxı"nın uşaqları döyən məşqçisinin cəzası bir ildən altı oyuna endirildi
- AFFA iki futbolçunu üç, birini isə dörd oyunluq cəzalandırdı
- Emin Mahmudov mükafatlandırıldı
- Ağasəlim Mircavadov: "Fernandu Santuşun işindən tam razı deyiləm"
- Milli komandalarımızın Avropa çempionatının birinci mərhələdəki rəqibləri bəlli oldu