Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı
AFFA-nın İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XIV turunda oyunlar zamanı baş verən xoşagəlməz hadisələr müzakirə olunub, qaydalara riayət etməyən klublar cəzalandırılıb.
Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Səbail" - "Qarabağ" oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. Matçın 62-ci dəqiqəsində azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə "Səbail" 500 manat xərcə düşüb. Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.
"Neftçi" - "Zirə" oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.
"Turan Tovuz" - "Sabah" matçında 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat ödəyəcək.
"Sumqayıt" - "Şamaxı" görüşünün 78-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə meydan sahibləri 800 manat cərimələniblər.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Azərbaycanda 8 futbolçunun həbs olunması ilə bağlı DİN-dən AÇIQLAMA
- "Səbail" klubunun keçmiş baş məşqçisinə AFFA-da vəzifə verilib?
- Azərbaycan Kuboku: Dörddəbir final mərhələsinin oyunlarının tarixi bəlli olub
- Daha bir azərbaycanlı hakim FIFA-da birinci kateqoriyaya yüksəldi
- Azərbaycan klubu çempionatdan kənarlaşdırıldı
Rəylər