Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Premyer Liqada çıxış edən "Kəpəz", "Sumqayıt" və "Səbail" klublarını cəzalandırıb.
Oxu.Az xəbər verir ki, İntizam Komitəsi XI turun "Turan Tovuz" - "Kəpəz" oyununda qonaq komandada 5 nəfər sarı vərəqə aldığına görə Gəncə şəhər təmsilçisini 700 manat cərimələyib. "Turan Tovuz" - "Kəpəz" oyunu bitdikdən sonra "Kəpəz" komandasının 29 nömrəli futbolçusu Dioqo Verdaska hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, komanda isə 500 manat cərimə edilib.
"Səbail" - "Sumqayıt" oyununda hər komandadan 4 futbolçusu sarı vərəqə aldığına görə klublar hər biri 700 manat cərimə olunublar.
Rəylər