"Son bir ildə Azərbaycan hakimliyi inkişaf etsə də, bəzi matçlarda müəyyən səhvlər qeydə alınıb".
Oxu.Az xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frank de Bleker qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.
O, hakimlikdə müəyyən problemlərin olduğunu etiraf edib:
"Hakimliklə bağlı müəyyən çatışmazlıqlar var. Fikrimcə, belə halların yaşanması normaldır. Biz "PlayStation" oynamırıq, hakimlər də insandırlar, robot deyil. İnsan faktoru olan yerdə səhvlər qaçılmazdır".
Anar Həsənov