Braziliyada keçirilən futbol üzrə Amerika Kubokunda (Copa America) qrup mərhələsinin III turuna start verilib.
Oxu.Az xəbər verir ki, bu gün B qrupunun iki oyunu keçirilib.
Autsayderlərin duelində Venesuela ilə Ekvador qollu bərabərə qalıblar – 2:2. Venesuela 90+1-ci dəqiqədə məğlubiyyətdən qaçıb.
Hazırda şimal qrupuna meydan sahibləri Braziliya başçılıq edir. Onlar iki oyundan sonra altı xal toplayıb.
Qeyd edək ki, iyunun 22-də A qrupunda III turun Uruqvay – Çili (01:00) və Argentina – Paraqvay (04:00) oyunları keçiriləcək.