Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ançelotti karyerasını bitirəcəyi klubu AÇIQLADI
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti karyerasını bitirəcəyi klubun adını açıqlayıb.
"Futbol həm mürəkkəb, həm də sadədir. Ehtiras tələb edir, onu çətinləşdirməyə ehtiyac yoxdur. Hələ çox həvəsim var. Karyeramı "Real Madrid"də başa vuracağam, amma əvvəlcə daha bir Çempionlar Liqasını qazanmaq istəyirəm", - deyə mütəxəssis "La Repubblica"ya müsahibəsində deyib.
O, heç bir milli komandanı çalışdırmayacağını da qeyd edib.
Qeyd edək ki, Ançelotti 2021-ci ildən kral klubuna rəhbərlik edir. Onun komanda ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Xatırladaq ki, "Real Madrid" iyunun 1-də Çempionlar Liqasının finalında Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.
"Karlo Ançelotti" teqi üzrə xəbərlər
- Braziliya prezidenti Karlo Ançelottinin təyinatını tənqid etdi
- "Real Madrid" texniki məğlubiyyət riski ilə üzləşib
- Ançelotti Braziliya yığmasında nə qədər maaş alacaq?
- Karlo Ançelotti "Real Madrid"dən ayrılmasının səbəbini açıqladı: "Hər şeyin bir sonu var"
- Karlo Ançelotti Neymarı Braziliya millisinə dəvət edib